İranda nüvə alimi öldürüldü - YENİLƏNİB

İranın Müdafiə Nazirliyi qurumun Araşdırma və İnnovasiya Təşkilatının rəhbərinin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, açıqlamada bildirilib ki, bu gün günorta saatlarında silahlı şəxslər Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin avtomobilinə hücum edib.

Qeyd olunub ki, mühafizəçilər və silahlılar arasında güclü atışma baş verib. Atışma nəticəsində M. Fəxrizadə yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***

saat 18:24

İranda alim qətlə yetirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın nüvə və raket sistemləri üzrə alimi Möhsün Fəxrizadə bu gün günorta saatlarında öldürülüb.

Məlumata görə, Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M. Fəxrizadəyə sui-qəsd edilib, əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. M. Fəxrizadəni xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Hadisə barədə hələlik rəsmi açıqlama verilməyib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu