Londonda polis 150-dən çox nümayişçini saxlayıb



İngiltərə polisi Londonun mərkəzində karantin məhdudiyyətlərinə qarşı keçirilən etiraz aksiyasına qatılan 155 nəfəri saxlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə London polisinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Saxlanılmalar COVID-19 pandemiyası ilə əlaqəli məhdudiyyətlərin pozulması, polis əməkdaşına hücum və narkotik maddələrin saxlanılması ilə əlaqədar olaraq həyata keçirilib. Polis əməkdaşları insanların qrup halında toplanmasının qarşısını almaq üçün profilaktik tədbirlər həyata keçirib və onları evlərinə getməyə çağırıb".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu