Havay sahillərində nəhəng yeraltı şirin su rezervuarı tapılıb


Uzun müddətdir ki, sulu təbəqələrdəki şirin suyun miqdarının adalardakı yağıntıların miqdarı ilə uyğun olmamasının səbəbi məlum deyildi.

AZƏRTAC “nat-geo.ru” saytına istinadla xəbər verir ki, elm adamları adanın dərinliklərindəki nəhəng şirin su ehtiyatlarının Xualalai vulkanı ətrafından aşağı, okeanın dibinin dərinliklərinə gedib çıxan, bu yaxınlarda aşkarlanmış rezervuarlara axdığını müəyyənləşdiriblər. Bu kəşf iqlim dəyişikliyi fonunda dünyanın vulkanik adaları üçün böyük əhəmiyyətə malikdir.

“Biz ümid edirik ki, kəşfimiz gələcək hidroloji modelləri yaxşılaşdıracaq və bunun nəticəsi olaraq, vulkan adalarındakı təmiz şirin suyu əlçatan edəcək”, - deyə Havay Universitetindən olan geofizik Erik Attias bildirib.

Havay adalarındakı şirin suyun böyük bir hissəsi susaxlayan təbəqələrdən, su keçirməyən süxurların qatlarından və ya çöküntülərdən çıxarılır. Yağış yağdıqda, torpağın üst qatından və altdakı vulkanik qayalardan süzülərək, sonda susaxlayan rezervuarlara çatır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu