Şirvan sakini dəm qazından boğulub


Şirvanda bədbəxt hadisə baş verib.

 APA xəbər verir ki, Şirvan şəhəri S.Vurğun küçəsi 24, mənzil 22 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Fətiyev Zəfər Sabir oğlu dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması üçün Şirvan Şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirlib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu