"Minsk Qrupu çərçivəsində Fransa ilə heç bir halda əməkdaşlıq etməməliyik" - Millət vəkili

 “Fransa Xarici İşlər Nazirliyinin Senatın qəbul etdiyi qətnaməyə münasibəti riyakarlığın ən yüksək formasıdır”.

Bu sözləri millət vəkili Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, prosesi başladan məhz Fransa Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası olub: 

“Fransa Senatında da senatorların əksəriyyəti iqtidar partiyasının təmsilçiləridir, orada hər hansı şübhə yeri qalmır ki, bu, ümumi dövlətin məsələyə olan münasibətidir. Fransa ilə Azərbaycanın 27 sentyabra qədər olan həm iqtisadi, həm də siyasi münasibətləri çox yüksək səviyyədə idi. Həmin vaxtdan bəri Fransanın dövlət olaraq tutduğu mövqe, işğalçını dəstəkləməsi onun qərəzli olduğunu nümayiş etdirdi. Etibarlı tərəfdaş, partnyor kimi Fransaya olan inamı öldürdü. Fransa Xarici İşlər Nazirliyinin bəyanatı da qeyri-səmimidir və Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlığı qoruyub saxlamağa xidmət edir”.

Parlament üzvü vurğulayıb ki, Minsk Qrupu çərçivəsində Fransa ilə heç bir halda əməkdaşlıq etməməliyik: 

“Minsk Qrupunda 11 ölkə, o cümlədən qardaş Türkiyə təmsil olunub. İstənilən digər ölkə ilə Fransanın həmsədrliyi əvəz oluna bilər. Artıq əlimizdə ciddi əsaslar var ki, Fransanı Minsk Qrupunun həmsədrliyindən kənarlaşdıraq. Hesab edirəm ki, iqtisadi münasibətlərə də yenidən baxmalıyıq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu