Koronavirus bizi ən gözləmədiyimiz anda belə yaxalaya bilər

Hamı bir nəfər kimi tibbi maskalardan və əlcəklərdən istifadə etməlidir 

“Son günlər Covid-19 virusunun yayılma sayında narahatlıq doğuracaq dərəcədə artım müşahidə olunmaqdadır”.
Bu sözləri “Şərq”ə açıqlamasında millət Eldəniz Səlimov deyib. 

Deputat bildirib ki, hamı bir nəfər kimi tibbi maskalardan və əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməlidir: 

“Virus yoxa çıxmayıb. İnsanlar ehtiyac və zərurət olmadığı təqdirdə, küçəyə, bayıra çıxmamalıdır. Bu, təkcə  özünü deyil, həm də ətrafını qorumaq deməkdir. Belə bir ciddi məsələ müzakirə obyekti ola bilməz. Qəti və birmənalı şəkildə qoyulan qaydalara və tələblərə riayət etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Virusdan birdəfəlik xilas olmaq və normal həyata qayıtmağın yeganə yolu tibbi maska, əlcək taxmaq və sosial məsafə saxlamaqdır. Təəssüflər olsun ki, bu qoyulan qaydalara bəzilərimiz çox səthi yanaşırıq. Bu, heç düzgün addım deyil. Çünki özümüzdə başqa ətrafı da düşünməliyik”.

E.Səlimov qeyd edib ki, bir-birimizin qeydinə nə qədər qalsaq, nə qədər birlik olsaq, görünməyən düşmənlə mübarizəmiz o qədər rahat olar: 

“Bəli, hərb meydanında zəfər çalmışıq. Ancaq koronavirus bizim gözə görünməyən düşmənimizdir. Və bizi ən gözləmədiyimiz anda belə yaxalaya bilər. Bunun üçün də həddindən artıq dərəcədə kimliyimizdən asılı olmayaraq, qoyulan qadağalara ciddi riayət etməli, özümüzü və ətrafımızı qorumalıyıq. Artıq gündəlik yoluxma sayı 3 minin üstündədir. Bu da çox ciddi göstəricidir. Bu yolda da birlik olaraq, qalib çıxaq və virusu yenək! Hər kəsə bir daha tövsiyə edirəm ki, qoyulan qaydalara ciddi riayət edəsiniz”

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu