Koronavirus mutasiyaya uğrayıb - İranın səhiyyə naziri xəbardarlıq etdi


İranda koronavirus nəticəsində ölüm hallarının azalmasınə vəziyyətin normallaşması hesab etmək olmaz.

Trend-in məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki deyib.

S.Nəməkinin sözlərinə görə, son günlərdə bu virus nəticəsində ölüm halları azalmaqdadır.

Nəməki əlavə edib ki, bina baxmayaraq, bu virus mürəkkəb virusdur, mutasiyaya uğrayıb və yoluxma sürəti ötən aylarla müqayisədə qat-qat çoxdur.

Qeyd edək ki, ötən günədək (28 noyabr) İranda 935 799 nəfər koronavirusa yoluxub, bu virus nəticəsində 47 486 nəfər ölüb və 648 831 nəfər sağalıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu