Artıq sübut olundu ki, virus təkcə yaşlı insanları öldürmür

"Bundan öncəki dalğada etdiyimiz səhvlərdən həm tibbi baxımdan, həm də xalq olaraq nəticə çıxarmalıyıq"


“Hazırda proqnozlar onu deməyə əsas verir ki, Azərbaycanda yoluxma halları ilə bağlı qeydə alınan say artacaq. Bu, qaçılmazdır. Sadəcə olaraq, qaydalara əməl etməklə xəstəliyə yoluxanların iki həftə sonrakı sayını azaltmağa və risk qrupunda olanları virusdan qorumağa nail oluna bilər. Buna görə də ölkə ərazisində virusun yayılmasının qarşısının alınması üçün yeni qadağaların tətbiq edilməsi gözləniləndir”.

Bu sözləri həkim Nərminə Rəfiyeva deyib. O bildirib ki, test strategiyaları və seroloji testlərlə müəyyən mənada vəziyyəti ələ almaq mümkündür:

“ Virusla mübarizədə bütün zəruri tədbirlərlə yanaşı, insanlar arasında maarifləndirici işlər də səngiməməlidir. Amma biz artıq bundan öncəki dalğada etdiyimiz səhvlərdən həm tibbi baxımdan, həm də xalq olaraq nəticə çıxarmalıyıq. Artıq bu müddət ərzində bir daha sübut olundu ki, virus təkcə yaşlı insanları öldürmür. Bu, həm də gənclərə və uşaqlara da təsir edir. Xüsusən, gənclər arasında risk qrupuna aid olanlar var və onlar özlərini qorumalıdırlar. Bunun üçün hər bir kəs fərd olaraq virusla mübarizə aparmalı, bütün qaydalara riayət etməlidir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu