FHN: Bakıda baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB


Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib. İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı, əlavə məlumat veriləcək.

 

Saat 16:47

Bakıda tikinti obyekti yanır.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində yerləşən yeni tikinti obyektində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu