Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib 


İqor Moiseyev Dövlət Ansamblının keçmiş solisti, dünya şöhrətli sənətkar Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova Bakıda vəfat etdi.

Trend-in məlumatına görə, bu barədə öz "Facebook" səhifəsində Azərbaycan Muzey Mərkəzinin direktoru, Rəssamlar İttifaqının üzvü, əməkdar mədəniyyət işçısı Liana Vəzirova deyib.

Tahir Salahov həyat yoldaşı haqqında qüsurları olmayan ideal bir insan olduğunu deyirdi. Fırça ustası "Varvara məktub ilə" portretini həyat yoldaşına həsr etmişdi.

Qeyd edək ki, bu gün ali dövlət ordenləri və beynəlxalq mükafatların sahibi, iki dəfə Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ və Rusiya Dövlət Mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycan, Rusiya, SSRİ Xalq rəssamı Tahir Salahov ad gününü qeyd edir, onun 91 yaşı tamam oldu.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu