Dünyada son sutkada 500 mindən çox insan COVID-19-a yoluxdu

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 564 mindən çox olub, ölüm sayı isə 8985 nəfərə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi internet saytında bildirilib.

Son 24 saat ərzində ən çox yoluxma Amerika (258 mindən çox) və Avropada (210 mindən çox) qeydə alınıb.

Qeyd edək ki, dünyada ümumilikdə 61,8 milyondan çox koronavirusa yoluxma hadisəsi aşkar edilib, 1,4 milyondan çox insan ölüb.

Xatırladaq ki, ötən gün rekord həddə (747 082 min) yoluxma hadisəsi baş vermişdi.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu