İnsanlara təhlükə yaradan koronavirus xəstəsi saxlanıldı

Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Sherg.az"a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv olan Tariyel Əliyevə ev şəraitində müalicə təyin edilib, karantin rejiminin qaydaları ona izah olunub. Lakin o, qaydalara əməl etməyərək yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb. Polis əməkdaşları onun olduğu yeri müəyyən edib və həkim briqadasının da iştirakı ilə yaşadığı ünvana geri qaytarılıb.

T.Əliyev barəsində Oğuz rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu