Ermənistanda koronavirusdan daha 22 nəfər öldü

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 356 yoluxma halı qeydə alınıb, 22 nəfər ölüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək COVID-19-a yoluxanların sayı 135 124 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 2 164 nəfərə çatıb.
Ermənistanda xəstəlikdən sağalanların sayı 108 442 nəfərdir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu