Bu rayonda 11 koronavirus xəstəsi qaydaları pozdu 

Ağcabədidə ümumilikdə 11 COVID-19 xəstəsinin müalicə aldıqları ünvandan çıxdıqları müəyyən edilib.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan "Sherg.az"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi nəticəsində koronavirus pandemiyasına yoluxmuş və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvandan çıxan ümumlikdə 11 COVID-19 xəstəsi müəyyən edilib. Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar. Onlarla bir daha profilaktiki səpkidə söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Hazırda Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu