Mərkəzi Bank 772,5 milyon manat vəsait cəlb edib

Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirilib.
Oxu.Az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, AMB tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 772,5 milyon manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01 faiz təşkil edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu