Azərbaycan ərazisində yeddi dron zərərsizləşdirilib - RƏSMİ


“Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 30 noyabr 2020-ci il tarixlərində 2 061 siqnal (əməliyyat çağırışı) əsasında 1 543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub”. 

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bəzi rayonlarda raket aşkarlanıb:

“Nəticədə, Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 727 ədəd partlamamış hərbi sursat (PHS), 4 330 ədəd piyada əleyhinə mina, 1 110 ədəd tank əleyhinə mina, 1 743 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 393 ədəd 9N235 bombacıqları, 10 730 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 168 qram qara barıt, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, yeddi ədəd dron (zərərsizləşdirilib), iki ədəd raketin mikrosxemi və 1 643 ədəd partlamış raket hissələri aşkar olunub”.

O qeyd edib ki, bu günə kimi 26 rayon və şəhərin 120 məktəbində 3695 müəllimə təlim keçirilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu