ANAMA-dan XƏBƏRDARLIQ: İşğaldan azad olunan ərazilərin 80 faizi təhlükəlidir

“İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəli ərazilərdir”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

İ. İsmayılov deyib ki, işğaldan azad olunmuş ərazilərin təmizlənməsi nəzərdə tutulur: “İnsanların ata-baba yurdlarına qayıtması üçün infrastruktur obyektlərində, əhalinin qayıtması üçün zəruri olan məkanlarda minalardan təmizləmə işləri aparılacaq. Daha sonra otlaq, əkin sahələrində, sonra ucqar ərazilər təmizlənəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu