Yollar bağlıdı ! – “Ermənistanın yalnız bir şansı qalır”

“Oda qarşıdurma siyasətindən əl çəkməsidir”


Ermənistanda siyasi böhran hökm sürür. Bu ölkədə baş verən kütləvi etirazlar baş nazir Nikol Paşinyan və hakimiyyəti üçün təhlükə həddə çatıb. Yalnız bir şeyi əminliklə demək olar: ölkədə sonu görünməyən bir xaos yaşanır. Xalq baş nazirin istefasını tələb edir. Buna cavab olaraq N.Paşinyan istefa verməyəcəyini deyib və 2021-ci ilin iyun ayına qədər xalqdan vaxt istəyib. O yeni "yol xəritəsi"planın olduğunu və tez bir zamanda ölkənin dirçələcəyini bildirib.

Maraqlıdır, siyasi böhran hökm sürən dövlətin tez bir zamanda çiçəklənməsi nə dərəcədə realdır?



Məlum məsələ ilə bağlı sualımızı cavablandıran politoloq Tofiq Abbasov "Sherg.az"a açıqlamasında bildirdi ki, Ermənistanın tək şansı qarşıdurma siyasətindən əl çəkməsidir:

"Təbii ki, Paşinyan hakimiyyəti artıq məğlub olub. O, günlərini sayır və hakimiyyətdə qalmaq üçün hər yola əl atır. Baş nazirin istefa verməsi ilə siyasi böhran bitən deyil. Öz müqəddəratını yalnız bir yolla həll edə bilər. O da Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkib normal dövlətlər sıralarına qayıtmasıdır.

Qonşuluq, qarşılıqlı anlaşma, əməkdaşlıq və. s. kimi siyasətlərə pənah gətirməlidir. Çünki başqa cür alına bilməz. Müharibədə hər kəs ermənilərin əsl üzün gördü. Məscidlərə, tarixi abidələrə, yaşayış məskənlərinə vurduqları zərərlər göz qabağındadır.

Bu kimi hallar erməni xalqının ümumi yaşamaq prinsipinə uyğunlaşa bilmədiyinin sübutudur.

Ermənistandakı müxalif qüvvələr Paşinyanın istefasına nail olmaq istəyirlər. Guya Ermənistan yenidən müharibəyə başlasa, Azərbaycanı məğlub edə bilər. Onlar anlamalıdırlar ki, Azərbaycana qarşıdurma siyasəti yürüdərək öz yollarını bağladılar.
Ermənistanda növbədənkənar seçkilər də keçirilə bilər. Ancaq Paşinyanın yerinə gələnlər kimlər olacaq? Ölkəni siyasi böhrandan necə çıxaracaq? Ermənistanda intibah dövrünün olması üçün şans var. Yəni hakimiyyətə gələcək qüvvələr siyasi qarşıdurmadan əl çəkməlidirlər".

Pərvin Piriyev 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu