Azərbaycanda ər-arvad qazdan zəhərləndi: biri öldü

Salyanda iki nəfər dəm qazından zəhərlənib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhər sakinləri, 56 yaşlı Babayev Qafar Aydın oğlu və onun həyat yoldaşı, 52 yaşlı Babayeva Fəridə Zəkulla qızı yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Hadisə nəticəsində F.Babayeva ölüb, Q.Babayev isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdıma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu