Azərbaycanda QİÇS-ə yoluxma STATİSTİKASI

"Birləşmiş Millətlər Təşkilatının HİV / QİÇS üzrə Birgə Proqramına (UNAIDS) görə, hazırda dünyada 38 milyon HİV ilə yaşayan insan var".
Lent.az məlumat verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova bildirib. O qeyd edib ki, bunlardan 1.8 milyonu 14 yaşdan kiçik uşaqlardır:

"Artıq 25.4 milyon insan həyat üçün zəruri antiretovirus müalicəsinə (ART) başlayıb, 12 milyonu isə hələ də öz müalicə növbəsini gözləməkdədir. Təxminən 7,2 milyon insan yoluxduqlarını bilmir.

Ölkəmizə gəldikdə, ümumilikdə, 1 dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7 247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb, onlardan 1 864 nəfər QİÇS mərhələsindədir. İİV infeksiyasından ölənlərin sayı 1 082 nəfərdir.

2020-ci ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib. 484 nəfər (98.0%) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0%) əcnəbidir. Azərbaycanın yoluxmuş 316 (65,3%) vətəndaşı kişi, 168-i (34,7%) isə qadındır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu