Gürcüstanda daha 36 nəfər koronavirusdan öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 759 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 139 342 nəfərə, ölənlərin sayı isə 1 303 nəfərə çatıb.
Virusa yoluxanlardan 117 560 nəfərin sağaldığı bildirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu