Dünən evdən çıxan 28 koronavirus xəstəsi saxlanılıb

Daxili İşlər Nazirliyi noyabrın 30-da evi tərk edən koronavirus xəstələrinin statistikasını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, gün ərzində keçirilən tədbirlər nəticəsində yaşayış yerini tərk edən 28 nəfərin yeri müəyyən edilərək saxlanılıb.

Onlardan 26-sı müalicə aldığı evə qaytarılıb, 2 aktiv xəstə isə xəstəxanaya yerləşdirilib. Həmin xəstələrin 19-u barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu