Dövlət başçısı: “Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir şəhid vermədən qaytarmışıq”

“Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.
Dövlət başçısının sözlərinə görə, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı: “Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu