“Şahid dəniz” – Aqşin Arifoğlundan yeni povest

İstedadlı gənc yazıçı, hərbçi Aqşin Arifoğlunun “Şahid dəniz” adlı kitabı dərc olunub.


Povestin ön sözünün müəllifi şair, yazıçı, AYB-nin üzvü Qəşəm Nəcəfzadə, redaktoru isə şairə, tərcüməçi, AYB və AJB-nin üzvü Sevil Gültəkindir.
“Şahid dəniz” povestində gənc yazıçı orijinal sujet xətti quraraq cəmiyyətin ağlasığmayan bəlalarını və xoşbəxtliklərini paralel olaraq nümayiş etdirməyi bacarıb.



Belə ki, əsərdə iki tərəf – aqil və cahil insan, yalan və həqiqət, gecə və gündüz, xoşbəxtlik və bədbəxtlik oxuculara təqdim edilib. Povest bu iki qütb arasında baş verən hadisələrin xronologiyasını, inkişafını, orijinal və təbii şəkildə oxucunun diqqətinə çatdırır.

Əsərdə təsvir olunan hadisələrin içində vətən və dövlət sevgisi sərhədlərin fövqünə ucalır. Bəlkə də hərbçi olduğu üçün gənc yazıçıya bu hisslər bütün atributu ilə doğmadır.

Aqşin ordu həyatını gözəl bildiyindən orada baş verən hadisələri olduqca təbii təsvir etməyi bacarıb. Döyüş səhnələri, həmçinin Ömərin düşmən tərəfindən vurulması da kövrək, həmçinin real detallarla göstərilib. Komandirin əsgərlərə müraciəti əsərin ictimai-siyasi tutumunu daha da qüvvətləndirir.

Qeyd edək ki, “Şahid dəniz” povesti Aqşin Arifoğlunun sayca üçüncü kitabıdır. Bundan əvvəl gənc yazıçının “Ay işığı” adlı şeirlər kitabı və “Gizli Günahlar” romanı işıq üzü görüb.



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu