Dövlət Neft Fondu ölkədə valyuta satışını azaldıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb. 
Bu barədə Oxu.Az-a Dövlət Neft Fondundan məlumat verilib.
Belə ki, 2020-ci ilin noyabr ayı ərzində fond tərəfindən valyuta hərraclarında 495,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu 2020-ci ilin oktyabr ayına nisbətən 11,6 faiz daha azdır. 2019-cu ilin noyabr ayı ilə müqayisədə isə 8,2 faiz az göstəricidir. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu