Əməkdar artist:“Tanıdığım xeyli insan virusdan dünyasını dəyişdi”

Dünyanı cənginə alan koronavirus infeksiyası ölkəmizdə də öz təhlükəsini davam etdirir. Gözə görünməz düşmən nə mətbuatdan, nə siyasətdən, nə də ki, incəsənətdən təsirsiz ötüşüb. Bütün sahələrdə olduğu kimi bu üç sektorda da COVİD-19-a yoluxanlar var. Həm tanınmış jurnalistlər, həm deputatlar, həm də müğənnilər, sənətçilər bədnam pandemiyadan əziyyət çəkir.

Qeyd etdiyimiz kimi, vəziyyət incəsənətdə də gərgindir. Hər gün bir məşhurun yoluxma xəbərini eşidirik. Onlara misal əməkdar artist Lalə Məmmədovanı, xalq aristi Arif Babayevi, müğənni Elçin Hüseynovu, Manaf Ağayevi və başqaları göstərmək olar.

“Sherg.az”a koronavirusdan necə qorunduğu haqqında danışan əməkdar artist Almaz Orucova deyib ki, bu pandemiya dünyanın bəlasıdır:

“Bizdən asılı olmayan o qədər məsələlər var. Bu da onlardan biridir. Bilirsiz, hələ yeni-yeni virus yayılanda insanlar şübhə ilə yanaşdılar. Mən də əvvəlcə inanmırdım.

Sonra ətrafımda tanıdığım xeyli insan virusdan dünyasını dəyişdi. İndi deyəsən pandemiyanın 3-cü dalğası yayılır. Artıq virusa qarşı yanaşma da fərqlidir. Dünyanı tamamilə çaxnaşmaya salıb.

Düşünürəm ki, hər insanın özünəməxsus bədən immuniteti var. Mütləq vitaminlərlə, meyvə və çayla bədənin immuniteti gücləndirilməlidir. Bunlara əməl edib, maskadan istifadə olunmalıdır. Onu da deyim ki, tibbi maskalardan istifadə  həyatımızın silinməz qanununa çevrilib. İnşallah tezliklə virusdan canımız qurtarar.

Ona görə hər birimiz qorunmalıyıq. Məsələn həkimlər deyir ki, virus hər bədənə daxil ola bilər. Lakin immunitetin zəifdirsə, psixoloji cəhətdən hazırlıqsızsansa, virus sənə ciddi təsir göstərəcək. Dediyim kimi yaxınlarımdan dünyasını dəyişənlər var.
Təəssüflənirəm. Lakin ailə üzvlərimiz yaxşıdır. Bir az böyük bacım xəstələndi. Amma tez öhdəsindən gəldik”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəbova Yazarın yazıları
menu
menu