İranda koronavirusdan son sutkada 382 nəfər ölüb

İranda ötən sutka ərzində 382 nəfər koronavirusdan (COVID 19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 48 628 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 881 nəfər koronavirusa yoluxub. Beləliklə ,İranda bu virusa yoluxanların sayı 975 951 nəfərə yüksəlib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu