MDB-də separatizmə qarşı mübarizə ! – ““Düyün”lər açılır... !”

“Azərbaycanın həyata keçirdiyi son siyasət Ukrayna üçün bir növ təkan idi”

“Ukrayna da qələbə qazansa, beynəlxalq birlik bu uğuru mütləq qəbul edəcək” 


Separatizmdən əziyyət çəkən ölkələrdən biri də Ukraynadır. Rusiyanın Ukraynın Krım ərazisini ilhaq edilməsi və Donetskdə qondarma respublika qurulması rəsmi Kiyevi də ərazi bütövlüyü problem ilə üz-üzə qoyub. Uzun müddət sonra Ukrayna dövləti separatçılara qarşı hərəkətə keçib. Ordu Mariupol istiqamətində irəliləyərək, separatçıların bir neçə mövqeyini ələ keçirib. Separatçı respublikanı Mariupolda bir neçə istiqamət üzrə məğlub edən Ukrayna ordusu Vodian və Ujovk yaşayış məntəqələrini də terrorçulardan təmizləməyi bacarıb. Əslində Donetskin Ukraynanın tərkib hissəsi olduğunu Rusiyanın özü də inkar etmir.

Astana və digər görüşlərdə Donetsk probleminin həlli yolları müzakirə olunurdu. Lakin bu danışıqlar Ukraynanın maraqları çərçivəsində yerinə yetirilmirdi. Siyasilərə görə, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə Ukrayna rəsmilərinə motivasiya olub. Hadisələr digər MDB ölkələri üçün də domino effekti ola bilər.

Diqqət etsəniz, Moldovanın yeni seçilən xanım Prezidenti Maya Sandu hakimiyyətə gələr-gəlməz ilk növbədə Dnesteryanı bölgə məsələsini qabartdı. Gürcüstanda da bənzər şəkildə Osetiya və Abxaziya məsələlərində aktivlik müşahidə olunur.


Ukraynanın son aylarda Donetsk sərhədinə qoşunları cəmləməsi, Türkiyə ilə hərbi müqavilələr imzalaması ondan xəbər verir ki, MDB məkanında separatizm hərəkatlarına qarşı bir mübarizə başlaya bilər.



ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmov bunu istisna etmir. O, məsələ barədə fikirlərini “Sherg.az”la bölüşüb:

 “Postsovet məkanında bütün münaqişə ocaqları, o cümlədən Rusiya ilə Ukrayna, Ermənistanla Azərbaycan arasındakı konflikt bu və ya digər xüsusiyyətə görə bir-birinə çox bənzəyir.

Çünki eyni, vahid mərkəzdən idarə olunublar. Azərbaycanın həyata keçirdiyi son siyasət Ukrayna üçün bir növ təkan idi. Bunu doğru hesab edirəm. Münaqişə yaradan tərəfin əleyhinə siyasət yeritmədikcə “düyün”ün “açılması” mümkün deyil. Qarabağda münaqişə yaradan tərəf illərdir ki, statusu qorumağa çalışırdı.

Minsk qrupunun üzvləri konfliktin hərb yolu ilə həllinin mümkün olmayacağını iddia edirdilər.

Yəni prosesi daimi saxlamağa çalışırdılar. Lakin biz, belə demək mümkünsə, seperatizmdən əziyyət çəkən ölkələrə nümunə olduq.

Göstərdik ki, torpağın azadlığı beynəlxalq hüquqa əsaslanaraq hərb yolunu tətbiq etməkdən keçir. Düzdür, regionun və tərəflərin müxtəlifliyini nəzərə alsaq, nəticə fərqli ola bilər.

Fəqət Ukrayna qələbə qazansa, beynəlxalq birlik bu uğuru mütləq qəbul edəcək”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu