MN: Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə qayıdıb

Vətən müharibəsində yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları öz missiyalarını başa vuraraq hərbi hissəyə geri qayıdıb.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu