Tanınmış idmançımız Olimpiadanı gözləməyib, karyerasını bitirdi 

Sərbəst güləş millimizin kapitanı Cəbrayıl Həsənov karyerasını başa vurub.
Oxu.Az-ın əldə etdiyi özəl məlumata görə, zədələrlə mübarizə aparan 30 yaşlı güləşçi gələn il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarını gözləmədən karyerasını bitirmək qərarına gəlib.
Artıq onun yeni iş yeri də bəllidir. Cəbrayıl yeni yaradılmış çimərlik güləşi üzrə millimizdə baş məşqçi Oyan Nəzərianinin Ağahüseyn Mustafayevlə (ikiqat Avropa mükafatçısı olan bu sərbəst güləşçimiz də karyerasını yenicə bitirib – S.M.) birgə köməkçisi olacaq.
Qeyd edək ki, Cəbrayıl Həsənov 2016-cı il Rio Olimpiya Yay Oyunlarının bürünc mükafatçısıdır. Üçqat Avropa çempionu olan Cəbrayılın aktivində dördqat dünya mükafatı (iki gümüş və iki bürünc medal) da var. Həmçinin, Həsənov I Avropa Oyunlarının, 2012-ci ildə Bakıda keçirilmiş Dünya Kubokunun və Yay Universiadasının mükafatçısıdır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu