Hesabat hazırlanır ! - “Erməni vandalizmi Avropa Şurasında...”

Qarabağda sentyabrın 27-də başlayan müharibə noyabrın 10-da 3 tərəfli bəyanatın imzalanması ilə başa çatdı. Məlum bəyanatın şərtlərinə əsasən ermənilər Azərbaycana məxsus olan torpaqları tərk etməli idilər və tərk etdilər.  Təəssüf ki, oranı ərazilərimizə ciddi zərər vuraraq boşaltdılar, Ermənilər əşyalarını çıxardıqdan sonra, evləri yandırdılar, Nəticədə alov yaxınlıqdakı meşələrə keçib və ekologiyaya ciddi ziyan vurub. Bundan əlavə, məktəblər yandırılıb, meşələrdə ağaclar kəsilib, heyvanlar öldürülüb.

Baş verənləri yalnız bütün regiona yönəlmiş ekoloji terror kimi qiymətləndirmək olar. Əlbəttə, bu erməni vandalizmi və barbarlığı dünyanın gözü qarşısında baş verir. Azərbaycanda çox xırda bir hadisə baş verən kimi bunun ətrafında siyasi şou düzəldib, ölkəmizi insan hüquq və azadlıqlarına məhəl qoymayan, qeyri-demokratik, qeyri- humanist ölkə kimi təqdim etməyə çalışırlar. Amma işğalçı və terrorçu ermənilər Azərbaycana məxsus meşələri, evləri yandırır, heyvanları güllələyir. Amma buna bir “dur” deyən beynəlxalq təşkilat tapılmır. Bu təşkilat niyə “ağızlarına su alıb oturublar?”  Səbəb aydındır: ikili standartlar.


Məlum vəziyyəti şərh edən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Sherg.az"a bildirib ki, ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklərlə bağlı hazırlanmış hesabat Avropa Şurasına təqdim olunacaq:

“Böyük bir hesabat yazırıq. İlk hesabatı Gəncə, Bərdəyə atılan raketlər zamanı yazıb göndərmişdik. Bu gün (red- dünən)s aat 17:00-da "Zoom" proqramı üzərindən İnsan Haqları Komissiyası ilə Cenevrədə konfrans keçiriləcək. Ağacların kəsilməsi, evlərin yandırılması, heyvanların öldürülməsi və. s.

Bunlar hesabatda öz əksini tapıb və Avropa Şurasına göndəriləcək. Ermənilər hər yerdə deyirlər ki, bu rayonlar bizimdir. Əgər sizin torpağınız, evlərinizdirsə, niyə həmin ərazini tərk edərkən zərər verirsiniz? Heç bir insan ona doğma olan ərazilərə zərər verməz.

Onlardan fərqli olaraq əhalimiz həmin əraziləri tərk edərkən evinin açarını götürüb çıxmışdı, ona doğma olan evi yandırmamışdı. Biz bunu da hesabatda qeyd etmişik.

Pərvin Piriyev

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu