Fitch Ratings: Azərbaycanın bank sektoru digər MDB ölkələri ilə müqayisədə stabildir


Digər MDB ölkələri ilə müqayisədə Azərbaycanın bank sektorunun maliyyə vəziyyəti ilə bağlı proqnozu stabil olaraq qiymətləndirilib.

Bu barədə “Fitch Ratings”in MDB ölkələri üzrə hesabatında məlumat verilib.

Belə ki, ümumilikdə MDB (Müstəqil Dövlətlər Birliyi) məkanında emitentin defolt reytinqi ilə bağlı proqnoz mənfi olsa da, Ukrayna, Özbəkistan, Qazaxıstan və Azərbaycanda reytinq proqnozu stabil olaraq müəyyənləşib. Bildirilib ki, Azərbaycan və Qazaxıstanda bank sektoru böyük kapital və maliyyə buferlərinə malik olduğundan reytinq proqnozu stabil hesab edilə bilər. 

Eyni zamanda, Belarus da daxil olmaqla, 2020-ci ilin gətirdiyi bəzi problemlərlə əlaqədar Rusiya, Gürcüstan və Ermənistanda bankların maliyyə profillərində müəyyən təzyiqlər yarandığı üçün reytinq proqnozu neqativ olaraq dəyərləndirilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu