Türkiyədən Azərbaycana TIR-larla yardım göndərildi 

Türkiyə Dəyanət İşləri Başqanlığının Türkiyə Dəyanət Vəqfi Ermənistanın işğalı altında olan torpaqlarını azad edən Azərbaycana dəstək məqsədilə 6 TIR yardım göndərib

Bununla bağlı Türkiyə Dəyanət İşləri Başqanlığı məlumat yayıb. 

Bildirilib ki, yardım paketinə qida məhsulları və tibbi ləvazimatlar daxil edilib. 

Tırların üzərinə “Qardaş çətin gündə çağırılmadan gələndir” yazısı həkk edilib. 

Yardımın yola salınma mərasimində Türkiyə Dəyanət İşləri başqanı Ali Erbaş da iştirak edib. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu