Daha bir koronavirus xəstəsi evi tərk etdi

Şabran sakini olan COVID-19 xəstəsi yaşayış yerini tərk edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az -a verilən məlumata görə, Şabran rayon sakini M.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.
Polis şöbəsinin əməkdaşları qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Məmmədovun törətdiyi qanunazidd hərəkətin qarşısını dərhal alaraq, yaşadığı ünvana qaytarıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu