Ağdamda erkən dəmir dövrünə aid saxsı qablar aşkarlanıb

Ağdam rayonunun Bənövşələr qəsəbəsində qədim dövrə aid maddi-mədəniyyət nümunələri - iki ədəd saxsı qab və çoxlu saxsı qırıntıları aşkar olunub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat verib.

Bildirilib ki, aşkar edilən mədəniyyət nümunələri Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Muzeyin direktoru Ülvi Qədirov aşkar olunan saxsı qablardan birinin qara cilalı olmasının maraq doğurduğunu deyib, bu qabın muzeydə qara cilalı ilk saxsı eksponat olduğunu söyləyib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov isə bildirib ki, tapıntılar son tunc - erkən dəmir (e.ə. XII-XI əsrlər) dövrünə aiddir və yaxınlıqdakı Palıdlı nekropolunun materialları ilə eyni tiplidir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu