Rusiyada son sutkada 28 145 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutka ərzində daha 28 145 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 375 546 nəfərə çatıb.
Son sutka ərzində 554 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 41 607 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu