Koronavirus xəstəsi şəhərdə gəzərkən saxlanıldı

Şəkidə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etdiyi müəyyən edilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Sherg.az"a verilən məlumata görə, koronavirus infeksiyasının daşıyıcısı olan şəhər sakini Səbuhi Əlizadəyə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib. S.Əlizadə şəhər ərazisində hərəkətdə olanda saxlanılıb və dərhal yaşadığı ünvana geri qaytarılıb.
Həmin şəxs barəsində Şəki şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu