ATƏT Nazirlər Şurasının iclası başlayıb

ATƏT-in Nazirlər Şurasının iclası başlayıb.
APA-nın xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və xarici işlər naziri Edi Ramanın dəvəti ilə baş tutan qurumun Nazirlər Şurasının 27-ci iclası COVID-19 pandemiyası ilə əlaqədar videokonfrans formatında keçirilir. 
 
Dekabrın 3-4-də keçiriləcək iclasda regiondakı təhlükəsizlik məsələləri, ATƏT-in hazırkı və gələcək kursu və ATƏT rəhbərliyindəki boş postlara təyinatlar müzakirə olunacaq.
Nazirlər Şurasının iclasında 50-dən çox ölkənin xarici işlər naziri iştirak edir. 

Nazirlər Şurasının iclası həm də Albaniyanın ATƏT-ə sədrliyinin yekunu ilə bağlıdır və videokonfransda ATƏT-in növbəti il üçün kursu müəyyənləşəcək. 

Qeyd edək ki 2021-ci il yanvarın 1-dən etibarən ATƏT-ə sədrlik İsveçə keçir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu