Ən qısa zaman, ən böyük nəticə, ən az itki: "Şəhid sayı 4 dəfə azdır"

“Biz 20 faiz ərazimizi itirəndə, verdiyimiz şəhid sayı da elə 20 min nəfərdən çox idi. Hər bir faiz ərazi itkisinə min gəncimizi şəhid vermişdik”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. 

Siyasi şərhçi bildirib ki, bu gün təxminən, azad edilən ərazinin ümumi sahəsi 12 min kv km, şəhid sayımız isə 2800 civarındadır: 

“Yəni hər azad edilən bir faiz ərazi üçün verdiyimiz şəhid sayı təxminən, 231 nəfər təşkil edir. Birinci müharibə ilə müqayisədə 4 dəfə az. Birinci Qarabağ savaşında onların itkiləri 6 min nəfər idi, amma bizim torpaqlar da işğal edilmişdi.

Bu gün onların iktilərinin sayı ilkin məlumata görə (gizlədərək) 6 min nəfərdən çoxdur, yaralıların sayı isə müvafiq olaraq 10 minlərlə ölçülür.

Eyni zamanda, işğal etdikləri torpaqlar azad edildi, bütün hərbi sənayesi məhv edildi, iqtisadi potensialı sıfırlandı, borc içərisində sürünür, dövlət məhv olmağa başlayıb.

Şübhəsiz ki, Azərbaycan dövləti üçün vətəndaşının canı hər şeydən qiymətlidir, savaş zəngi çalınan gün əhalimiz on minlərlə övladını şəhid verməyə razı olduğunu bütün dünyaya zəfər yürüşləri ilə göstərdi. Yekun: ən az itki, ən qısa zaman, ən böyük nəticə”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu