Artıq təcrübəmiz var !- “Laçın, Şuşa və Kəlbəcərdə qış turizmi...”

İşğaldan azad edilən Laçın rayonu turizm məkanı kimi böyük potensiala malikdir. Zəngin flora və faunası, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı, İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Ekspertlər bildirir ki, relyefin dağlıq olması burada dağ və qış turizminin inkişafına təkan verəcək. Laçın rayonunun qış turizmi üçün əlverlişi şəraitinin olduğu xüsusilə vurğulanır. Rayonun təbiəti yeni turizm növlərinin təbiqinə də şərait yaradır. Hətta  Azərbaycan Turizm Assosiasiyası (ATA) da bu məqsədlə layihələr üzərində işlədiyini açıqlayıb. Qurumun İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib ki, Laçında hər zaman toxuculuq, misgərlik kimi sənət növləri olub:
“Biz gələcəkdə turistlərin tariximizi öz gözləri ilə görmələri üçün onu yeni turizm növü kimi təqdim edə bilərik. Yol-nəqliyyat infrastrukturu inkişaf etdikdən sonra yeni marşrut xətləri çəkiləcək. Eyni zamanda turizm qurumları tərəfindən yeni turizm marşrutları yaradılacaq”.

Həmçinin bildirilib ki,  Azərbaycan Turizm Assosiasiyası işğaldan azad edilən ərazilərdə “Qarabağ Azərbaycandır” layihəsinə start verib. Layihə çərçivəsində Laçında da yeni turizm marşrutlarının hazırlanması ilə bağlı işlər görülür.



Sözügedən  məsələni “Sherg.az”a dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov Şuşa, Kəlbəcər və Laçın rayonlarının turizm sektoru üçün əlverişli olduğunu söyləyib:

“Bu ərazilər xüsusilə də qış turizmi üçün yararlıdır. Artıq Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsi var. Məsələn Qusar rayonunda Şahdağ turizm mərkəzi fəaliyyət göstərir. Yəni təcrübədə layihəmizin icra mexanizmini hərəkətə gətirilib.

Bu nöqteyi nəzərdən Laçın, Şuşa və Kəlbəcər geostrateji mövqeyinə, təbiətinə görə daha əlverişli hesab olunur.

Əlbəttə, ilk növbədə təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Artıq hökümətimizin baş planına əsasən həmin torpaqlarda bu istiqamətdə işlər görüləcək.

Qısa zamanda ordan gələn gəlirləri iqtisadi dövriyyəyə cəlb etmək mümkün olacaq”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəbova Yazarın yazıları
menu
menu