Gürcüstan XİN parlamentdəki müxalifəti işə gəlməyə çağırdı

Gürcüstan Xarici İşlər naziri (XİN) David Zalkaliani müxalifətin boykota son verməli və doğru qərara gəlməli olduğunu deyib.
Bu barədə “Sputnik Gürcüstan” xəbər yayıb.
Zalkalianinin sözlərinə görə, Gürcüstanın beynəlxalq və strateji tərəfdaşları yekdilliklə hakim partiyanın müxaliflərini boykota son verməyə çağırırlar, çünki bu, vəziyyətdən çıxış yolu deyil.
“Əminəm ki, bu gün boykot rejimində olan müxaliflər bunu nəzərə alacaqlar, çünki burada söhbət ölkəmizin dövlət maraqlarından gedir”, - gürcüstanlı nazir qeyd edib.
O, müxalifətin partiyanın deyil, dövlətin maraqlarını əsas götürərək, qərar verməli olduğunu vurğulayıb:
“Ölkənin bu gün hərzamankındən daha çox tam konsolidasiyaya ehtiyacı var. Düşünürəm ki, sağlam düşüncə mütləq qalib gələcək”.
Xatırladaq ki, 31 oktyabr 2020-ci ildə Gürcüstanda yeni seçki sistemi əsasında 10-cu çağırış parlamenti seçilib. Müxalifət seçki saxtakarlığı ilə bağlı boykot keçirərək, nəticələri tanımaqdan etməkdən imtina edir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu