Maradonanın iki saat taxmasının sirri açıldı – FOTO


Braziliya yığmasının keçmiş hücumçusu Ronaldo əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın iki saat taxmasının sirrini açıqlayıb.

Bu barədə “Championat” xəbər yayıb.

Onun sözlərinə görə, bu sirri Madriddə onların ilk görüşlərindən biri zamanı öyrənib.

“Maradona ilə şam edəcəkdik. O, qolunda iki saatla gəldi. Mən bunun səbəbini soruşdum. O, bunun qızının hədiyyəsi olduğunu deyərək, başqa şəkildə evdən çıxmadığını söylədi. Yeməyin sonunda Diego saatlardan birini çıxarıb mənə hədiyyə etdi. Götürmək istəmədim, amma o, əsəbləşdi və çıxış yolum qalmadı”, - deyə Ronaldo xatirəsini bölüşüb.

O, Maradonanın səxavətini və dostluqlarını xatırlatmaq üçün bu saatı ömrünün sonuna qədər saxlayacağını vurğulayıb

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu