Test cavabı pozitiv çıxdı: insanlara təhlükə yaratdı

Bakının Binəqədi rayonunda koronavirus analizi pozitiv çıxan şəxsin olduğu yeri tərk etməsi müəyyən edilib.
Binəqədi rayon Prokurorluğundan "Sherg.az"a verilən məlumata görə, rayon sakini 50 yaşlı Soltanova Zinət Səlimxan qızı COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, dekabrın 3-də Binəqədi rayonu ərazisində rayon sakinləri ilə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu