Bu gün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
"Sherg.az"xəbər verir ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.
Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş hesab olunur.
Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicə olunur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Ayyət Əhməd Yazarın yazıları
menu
menu