Təzəpir məscidində şəhidlərimizin xatirəsi yad edilib

Dekabrın 4-də Təzəpir məscidində Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Şəhidlərin ruhuna dualar oxunub, namaz qılınıb.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev jurnalistlərə açıqlamasında bu gün Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin dərin ehtiramla yad edildiyini bildirib.
O deyib ki, 30 il idi torpaqlarımız işğal altında idi. Azad edilmiş ərazilərimizdəki məscidlər bərpa ediləcək, həmin məscidlərdən azan səsləri eşidiləcək.
Bu gün bir çox məscidlərdə, kilsələrdə, sinaqoqlarda şəhidlərimizin xatirəsi yad edilir. Müqəddəs Quranın buyurduğu kimi, şəhidlər ölməzdir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu