Bərdədə yaşayış yerini tərk edən COVID-19 xəstəsinə cinayət işi açılıb

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Alışanov Amil Ədalət oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək, həmin müddəti evdə keçirməli olduğu halda, dekabrın 3-də yaşadığı evi qanunsuz tərk etməklə, epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud şəkildə pozub yeni növ koronavirusun yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq, istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə Rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu