Koronavirus qorxusu xərçəngə səbəb ola bilir

İxtisas həkiminin göstərişi olmadan, özbaşına olaraq KT müayinələrinə getməyin

Dünyada yayılan koronavirus pandemiyası dünənədək ən dəhşətli xəstəlik sayılan xərçəngi bir növ yaddan çıxarıb. Amma unutmaq lazım deyil ki, hər il xərçəngdən ölüm rəqəmləri artmaqda davam edir. Son zamanlar qızdırmalı xəstəliklər keçirdiyindən dolayı, insanlar indi ağciyərlərini kompüter tomoqrafiyasına (KT) saldırırlar. Bəs bu kimi hallar gələcəkdə xərçəngə səbəb ola bilərmi?


Həkim-nevroloq Pərviz Axundov "Şərq"ə açıqlamasında bildirib ki, kompüter tomoqrafiya günümüzdə, ağciyər xəstəliklərinin görüntülənməsində önəmli bir metoddur. Həkimin sözlərinə görə, ancaq müayinənin radiasiya məruziyyəti və buna bağlı artmış xərçəng riskini də bərabərində gətirməsi, narahatlığa səbəb olmaqdadır:

"Günümüzdə dünyada bütün xərçənglərin 1-2 faizinin radioloji müayinələrə bağlı ola biləcəyi düşünülməkdədir. Əslində günlük yaşamda, cib telefonu və kompüterlər daxil bir çox mənbədən radiasiyaya məruz qalırıq. Ancaq önəmli olan radiasiyanın dozasıdır. Radiasiya ölçümlərində istifadə edilən Milisivert-mSv olaraq adlandırılır.

Məsələn, tək proyeksiyada bir ağciyər rentgeni ilə məruz qalınan radiasiya dozası (0.02 mSv), 6 saatlıq bir təyyarə səfərində məruz qalınan radiasiyanın (0.04 mSv) yarısı qədərdir. Bununla yanaşı, ağciyər tomoqrafiyasında bu doza 5-7 mSv səviyyəsindədir".

Həkim vurğulayıb ki, aparılan tədqiqatlarda xərçəng riskinin artdığına bərabər uyğun radiasiya dozası dəqiq olaraq bilinməsə də, ümumi olaraq xərçəng riski ilə radiasiya dozası arasındakı əlaqənin olduğu bildirilməkdədir:

"Ağciyər tomoqrafiyasının bərabərində gətirdiyi ayrı bir risk isə tiroid və süd vəzi toxumasına radiasiyaya qalma məruziyyətidir. Buna görə, ixtisas həkiminin göstərişi olmadan, özbaşına olaraq KT müayinələrinə getməyin. Elə etməyək ki, COVİD-19 pandemiyasından çıxıb, xərçəngin sıçrayışla artım dönəminə girək".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu