Rusiyada daha 28 782 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 28 782 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 431 731 nəfərə çatıb.
Son sutka ərzində 508 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə koronavirusdan ölənlərin sayı 42 684 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu