Türkiyədə həftəsonları 56 saat “evdə qalmaq” rejimi tətbiq olunur


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətini nəzarətdə saxlamaq üçün hökumətin qəbul etdiyi yeni rejim qaydalarına uyğun olaraq dekabrın 4-də yerli vaxtla saat 21.00-da bütün ölkə üzrə küçəyə çıxmaq məhdudiyyət qüvvəyə minib. 

APA-nın yerli bürosu Türkiyə Səhiyyə Nazirliyinin statistik məlumatlarına əsasən xəbər verir ki, ölkə boyu yeni növ koronavirusa yoluxma, bu infeksiyadan ağır xəstə və ölüm sayı sürətlə artmaqdadır. Bu məqsədlə nazirliyin nəzdində COVID-19-la mübarizə məqsədilə yaradılan Elm Qurumu hökumətə sərtləşdirilmiş qadağaların tətbiqini təklif edib. 

Qüvvəyə minən təklif əsasında hökumətin verdiyi qərara əsasən həftənin ilk 5 günündə Türkiyə vaxtı ilə saat 21.00-dan 05.00-dək evdən çıxmaq qadağan edilib. Cümə günü axşam 21.00-da başlanan “evdə qalmaq” rejimi isə bazar ertəsi saat 05.00-a qədər qüvvədədir. 

Bundan başqa, xüsusi icazəsi olmadığı halda yaşı 65-dən yuxarı, 20-dən aşağı olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş kateqoriyasında olanlara şənbə və bazar günləri xaric hər gün yalnız saat 13.00-dan 16.00-dək evdən çıxmağa icazə verilir.

Türkiyə Səhiyyə Nazirliyinin Elm Qurumu mütəxəsissləri sərtləşdirlimiş qadağaların COVID-19 infeksiyasının yayılma sürətinin qarşısını alanadək davam etdirməyi tövsiyə edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu