İtaliyalı parlamentarilər Gəncədə düşmən terroruna məruz qalan ərazidə - FOTO


“Gəncə və digər bölgələrdə yaşanan faciələr İtaliya parlamentində müzakirə olunacaq, erməni vəşiliyi bu ölkənin parlamentində müzakirəyə çıxarılacaq”.

Oxu.Az-ın məlumatına görə, bu fikirləri Gəncə şəhərində səfərdə olan İtaliya Parlamenti Deputatlar Palatasının nümayəndə heyətinin Gəncə şəhərinə səfərində səsləndirilib.

Səfər çərçivəsində italiyalı parlamentarilər Gəncə şəhərində raket düşən ərazilərə baxış keçiriblər. Burada dağıntıları öz gözləri ilə görüb və şəhid olan günahsız insanların yaxınları ilə görüşüblər.

Bildirilib ki, İtaliya Azərbaycanın dostu olaraq hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bu istiqamətdə rəsmi Bakıya öz siyasi dəstəyini verib.

Günahsız insanların öldürülməsninə münasibət bildirən italiyalı parlamentarilər mülkü şəxslərin qətlə yetirilməsi faktlarının müharibə cinayəti olmasını və gördüklərinin İtaliya parlamentində diqqətə çatdırılacağını bildiriblər.

Qeyd edək ki,  Gəncə şəhərinə səfər çərçivəsində İtaliyada müxtəlif siyasi partiyaları təmsil edən deputatlar gəlib. Onlar Gəncədən sonra raket düşən digər ərazilərə, həmçinin, işğaldan azad olunan Ağdam rayonuna səfər edəcəklər.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu